XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Aprel, 2018
“Azərbaycan Şirvanşahlar dövləti” sərgisi artıq yekunlaşmaq üzrədir
Milli Azərbaycan Tarixi Muzeyində fevral ayının 23-də açılan “Azərbaycan Şirvanşahlar dövləti” adlı sərgi artıq yekunlaşmaq üzrədir. 3 aya yaxındır fəaliyyət göstərən sərgini 1000-ə yaxın tamaşaçı ziyarət edib. Bu müddət ərzində yerli və əcnəbi qonaqların böyük marağına səbəb olan sərgidə Azərbaycan dövlətinin çoxəsrlik tarixi, iqtisadiyyatı, zəngin mədəniyyəti ilə tanış olmağa imkan verən eksponatlar nümayiş olunur. Muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid nadir eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keyqubad, I Xəlilullah və Fərrux Yasara aid silahlar xüsusi yer tutur. Nəzərinizə çatdırırıq ki, 2018-ci il may ayının 15-də sərginin fəaliyyəti qurtarır. Məktəblilər və tələbələrə sərgini ziyarət etməyi, açıq dərslərini, maarifləndirici tədbirlərini burda keçirmələrini tövsiyyə edirik.