XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Aprel, 2018
Muzey əməkdaşı Sankt-Peterburqun 315 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları xarici ölkələrdə də Muzeyi uğurla təmsil edir, beynəlxalq tədbirlərdə iştirak edirlər. Belə ki, Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində baş tutmuş XV “Rusiya Dövlətinin Tarixi” adlı beynəlxalq maarifləndirici proqrama qatılmışdır. Sankt-Peterburq şəhərinin 315 illiyinə həsr olunmuş tədbir Sankt-Peterburqun xarici əlaqələr komitəsi tərəfindən təşkil olunmuş və 17 ölkədən 39 tarixçi dəvət edilmişdir. Muzeyin əməkdaşı proqram ərzində mövzu ilə əlaqədar 20 nəzəri məşğələ və 3 dəyirmi masada iştirak etmişdir. Tədbirin sonunda iştirakçılar sertifikatla təltif olunmuşdular.