XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Aprel, 2018
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı gündəlikdə yer alan məsələlər barədə məlumat verib. 2018-ci ilin I yarısı üçün hecabatların və muzeyin 100 illiyi ilə əlaqədar nəşrlərin hazırlanması işləri müzakirə olunub. 2020-ci ildə baş tutacaq muzeyin 100 illik yubileyi üçün nəzərdə tutulan nəşrlər haqqında təkliflər səsləndirilib və onların qısa müddətdə təqdim olunması qərara alınıb. Sonda kadr məsələlərinə baxılıb.