Xəbər verdiyimiz kimi, AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanmaq üzrədir. 130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır.
Sərgidə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən olan, böyük sərkərdə və dövlət xadimi I Şah İsmayılın keçdiyi həyat yolu və fəaliyyəti göstərilir. “Çaldıran döyüşü” bölməsində XVI-XVII əsr Osmanlı qoşunlarına aid unikal materiallar yerləşdirilmişdir. Belə ki, taleyin hökmü ilə iki qardaş türk xalqının üz-üzə gəldiyi Çaldıran döyüşündə (1514-cü il) osmanlı qoşunlarının say çoxluqu və texniki üstünlüyü sayəsində onlar qalib gəlmişdilər. Sərgidə Çaldıran döyüşünün sxemi (Türkiyə tədqiqatçısı İ.Uzunçarşılının materialları əsasında), sultan I Səlimin portreti (XVI əsr Avropa rəssamının işi), Səfəvi-Osmanlı müharibələri haqqında müfəssəl məlumat, müvafiq dövr Osmanlı hərbi miniatürləri, Çaldıran düzünün görünüşü (müasir foto), eləcə də unikal osmanlı silahları nümayiş olunur. Osmanlı silahları sırasında dəməşq poladından düzəldilmiş və qızıl ornamentlərlə bəzədilmiş Osmanlı qılıncı, yeniçərilərin fərqləndirici silahı olan yatağan qılıncları, çaxmaqlı osmanlı tüfəngi böyük maraq kəsb edir.
Qeyd etmək lazımdır ki, bölmədə yer almış materiallar ilk dəfədir ki, nümayiş olunur.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.