XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 May, 2018
Muzey əməkdaşı konfransda iştirak etmişdir
Muzey əməkdaşı konfransda iştirak etmişdir Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları müntəzəm olaraq konfranslarda iştirak və çıxış edirlər. Belə ki, Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi konfransa qatılmışdır. Konfransın mövzusu “Heydər Əliyev və milli-mənəvi dəyərlər” olmuşdur. Konfransın materialları nəşr olunmuşdur (Bakı: Nurlar, 2018, 192 səh.). Topluda Əli Fərhadovun “Heydər Əliyevdə millilik və bəşəriliyin vəhdəti” məruzəsi də yer alır. Muzey əməkdaşını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.