XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 May, 2018
“Nadir kitablar fondu”nun incisi
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanası zəngin kolleksiyaya malikdir. Kitabxananın “Nadir kitablar fondu”nda mühafizə olunan XVIII-XX əsrlərdə nəşr edilmiş əsərlərdən bəziləri Xəzər dənizinə olan səyahətləri müxtəlif aspektdən işıqlandırır. Bu kitablardan biri rusiyalı səyyah V.İ.Soymonov tərəfindən yazılan “Описание Каспийского моря и чиненных на оном Российских завоеваний, яко часть истории России императора Петра Великого” adlanır. Kitab 1763-cü ildə Sankt-Peterburq şəhərində nəşr olunmuşdur və 380 səhifədir. Əsərdə Rusiya imperiyasının xarici siyasəti və I Pyotrun XVIII əsrin əvvəllərində Xəzərə yürüşü dolğun şəkildə əks olunmuşdur. Həmçinin müəllif 1719-1720-ci illərdə Xəzər dənizinin qərb sahilinin coğrafiyası haqqında məlumat verir. Müəllif əsərə Bakı şəhərinə ezamiyyəti, Gilan və Bed şəhərləri, Xəzər dənizi ətrafında yaşayan xalqlarla ticarət əlaqələrinin yaranması haqqında qeydlərini əlavə etmişdir.