XƏBƏRLƏR
04 May, 2018
Muzeydə Elmir Şəripovun “Aзербайджанцы в обороне Брест-Литовской крепости” kitabinin təqdimat mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində ehtiyatda olan polkovnik-leytenant Elmir Şəripovun “Азербайджанцы в обороне Брест-Литовской крепости” (“Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində” (rus dilində; Bakı, 2018, 210 səh.) kitabının təqdimat mərasimi keçirildi. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun təşəbbüsü və dəstəyi ilə nəşr edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq II Dünya Müharibəsində azərbaycanlıların iştirakından, onların qəhrəmanlığından, faşizm üzərindəki qələbədə rollarından bəhs etdi.
Sonra söz Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədova verilib. F.Məmmədov II Dünya müharibəsində xalqlar dostluğundan danışıb. F.Məmmədov çıxışında azərbaycanlıların bu müharibədə iştirakının tədqiqinin əhəmiyyətini qeyd etdi.
Daha sonra “Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində” kitabının müəllifi Elmir Şəripov çıxış edib. O, azərbaycanlıların Brest-Litovsk uğrundakı beynəlmiləl mübarizəsindən və kitabın yazılma səbəbindən ətraflı bəhs etdi. Qeyd etdi ki, kitab azərbaycanlıların faşizmə qarşı savaşının beynəlxalq əhəmiyyətini ortaya qoyur. İştirakçılar haqqında geniş məlumat və fotoşəkillər kitabda tədim edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Silahlı qüvvələri Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyev çıxış edərək təqdim olunan kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, azərbaycanlıların II dünya müharibəsində yaxından iştirak etməsi və qəhrəmanlıqla döyüşüb şücayət göstərilməsi bu nəşrdə də aydın göstərilib. Azərbaycanlıların Brest-Litovsk uğrunda mübarizədə iştirakının çoxlarına məlum olmayan tərəfləri bu kitabda öz əksini tapmışdır.
Daha sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış etdi. Ə.Qənizadə kitab haqqında təssüratlarını bölüşdü və hərb tarixinin öyrənilməsi, tədqiqi baxımından bu nəşr tarixi əhəmiyyətə malik qiymətli töhfə olacağını bildirdi.
Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov da çıxış edərək azərbaycanlıların Belorusiya uğrunda və Brest-Litovsk qalasının müdafiəsində göstərdiyi şücaətlərdən və bunun gənc nəsil üçün milli əhəmiyyətini göstərib. Sonra akademik Nailə Vəlixanlı kitabın müəllifi Elmir Şəripova “Təşəkkürnamə” təqdim etdi və ona bu sahədəki araşdırmalarının davamını arzuladı.
Tədbirin sonunda azərbaycanlıların Brest qalasının müdafiəsində və Belorusiya uğrundakı döyüşlərinə həsr olunan slayd - film nümayiş olunub.
Tədbir iştirakçılarına Elmir Şəripovun kitabı və “İRS” beynəlxalq jurnalının müvafiq nömrələri paylanılıb.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...