XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 May, 2018
Muzeyin incisi - arxeoloji tunc asma
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin ekspozisiyasında çoxsaylı arxeoloji nümunələr nümayiş olunur ki, onlardan biri də maral formalı tunc asmadır. Asma qadın bəzəyi olub, Xocalı-Gədəbəy mədəniyyətinə və ya e.ə. I minilliyin əvvəllərinə aiddir. Bu asma Xocavənd rayonunun Dolanlar kəndi yaxınlığında yerləşən qədim qəbirstanlıqda yerli sakinlər tərəfindən qazıntı işləri aparılarkən tapılmışdır. Asma arxa-arxaya dayanmış iki maralın birləşmiş formasındadır. Maralların buynuzları hər birində beş qövsvari çıxıntısı olan bir cüt mildən ibarətdir. Bu qədim bəzək nümunəsi Azərbaycanın son tunc-erkən dəmir dövründəki sənətkarlarının metalişləmə üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də bədii zövqü və dini-fəlsəfi dünyagörüşü haqqında dolğun təsəvvür yaradır.