XƏBƏRLƏR
01 May, 2018
Muzey təşəkkür etdi
Milli Azərbaycan Tarixi Muzeyi yəhudi həmvətənlimizə muzeyə hədiyyə etdiyi bir neçə tarixi dəyərli materiallara görə təşəkkür bildirib. Bir neçə müddət əvvəl İsraildə yaşayan soydaşımız Rauf Şalikoyeviç Zarbailov muzeyə Azərbaycanın maddi mədəniyyət nümunələrini hədiyyə edib. Hal-hazırda Rauf Zarbailov Bakıya gəlib və muzeyə yeni unikal əşyalar təqdim edib. Muzey əməkdaşlarının iştirakı ilə həmvətənlimizə xüsusi təşəkkür edilib. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək bu tarixi əhəmiyyətə malik materialların muzeyə hədiyyə etməsinə görə R.Zarbailova təşəkkür edib. N.Vəlixanlı bildirib ki, hər bir azərbaycanlı vətənini sevməli və mədəni irs nümunələrimizin qorunmasında, təbliğində yaxından iştirak etməlidir. Sonra Elmi Fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova və muzeyin Xüsusi Fondunun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova çıxış ediblər. Onlar da öz növbəsində qonağa minnətdarlıqlarını bildirib, hədiyyə olunan materialların tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu materiallar muzeyin ekspozisiyasını və fondlarını zənginləşdirib dəyərli eksponatlarına çevriləcək. Bunların arasında tarixi etnoqrafik materiallar xüsusi yer tutur. Yeni hədiyyə olunan unikal materiallar xalça, mücrü, qələmkar süfrə və tikmədən ibarətdir.
Mücrü XX əsrin I yarısına aid olub əl işidir. Mücrünün içərisi tünd yaşıl rənglənib, yanları və qapağının üst hissəsi rəngarəng butalarla bəzədilmişdir.
Qələmkar süfrə və tikmə XX əsrin I yarısına məxsus olub üzəri rəngli saplarla işlənmiş, heyvan təsvirli şəkillər həkk olunmuşdur.
Qubanın “Qollu-çiçi” ornamentli xalçası XX əsrə aid edilir. Fabrik üsulu ilə toxunmuş xalça rəngarəng sintetik saplardan toxunmuşdur.
Sonra həmvətənlimiz Rauf Zarbailov muzey adından təşəkkürnamə ilə təltif olunub. Ona Muzeyin kolleksiyasının inciləri kataloqu, medal və milli xatirə hədiyyələri təqdim edilib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...