XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 May, 2018
Muzey əməkdaşı haqqında yazı nəşr olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının elmi və elmi-kütləvi fəaliyyətləri daim xarici mətbu orqanları tərəfindən də işıqlandırılır. Moskvada nəşr olunan “Baku” jurnalının 2018-ci il, 2-ci sayında “Bakılılar rubrikası” Muzeyin əməkdaşına həsr edilib. «Сокровища Афет Рустамбековой» (s. 122-127) adlı yazıda Xüsusi fondun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyovanın 1980-ci ildən bu günədək bələdçi, elmi işçi, fond müdiri kimi fəaliyyətindən bəhs edilir. Tanınmış jurnalist Vyaçeslav Sapunov tərəfindən qələmə alınan yazıda Afət Rüstəmbəyovanın sözlərindən nümunələr verilərək, Bakı şəhərinin mədəni-sosial həyatından və Muzeyin tarixindən səhnələr təqdim edilib.