XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 May, 2018
Muzey əməkdaşının beynəlxalq konfransın materiallarında tezisi nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları müntəzəm olaraq konfranslarda iştirak və çıxış edirlər. Belə ki, Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadov Yeni Azərbaycan Partiyası, Azərbaycan Dillər Universiteti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birlikdə təşkil etdiyi beynəlxalq konfransda iştirak etmişdir. Konfransın mövzusu “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” olmuşdur. Konfransın tezisləri çap olunmuşdur (Bakı, 2018, 324 səh.). Topluda Ə.Fərhadovun “Heydər Əliyev yolu: Azərbaycançılıq və multikulturalizmin harmoniyası” (s.240-241) adlı tezisi də yer alır. Muzey əməkdaşını təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.