XƏBƏRLƏR
07 May, 2018
Muzeydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı Həmkarlar təşkilatı ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə çıxış etdi. Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi altında Azərbaycanda milli dövlətçiliyin çiçəklənməsindən danışdı. Həmçinin Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən Muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd etdi.
Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək, Ümummilli liderin Azərbaycanda insan hüquqlarının bərpası sahəsində gördüyü fəaliyyətdən bəhs etdi. Ulu Öndərin milli qanunçuluğun formalaşmasındakı rolunu vurğuladı və müasir dövlətçiliyin məhz H.Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev də cənab Heydər Əliyevin YAP-ın ümumxalq partiyasına çevrilməsindəki fəaliyyəti haqqında məlumat verdi.
Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, prof. Habil Qurbanov çıxış etdi. O çıxışında Azərbaycanda ictimai-siyasi stabilliyin, sivil vətəndaş cəmiyyətinin yaranmasında Ulu Öndərin böyük rolunu qeyd edib və Heydər Əliyev irsinin daha çox öyrənilməsi gərəkdiyini bildirib.
Tədbir musiqi sədaları və rəqs ifalarından ibarət bədii hissə ilə sona çatdı.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...