XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 May, 2018
Muzey əməkdaşı elmi konfransda məruzə ilə çıxış etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi konfransda “H.Əliyevin milli sərvətlərimizin qorunmasında rolu” məruzəsi ilə çıxış etmişdir. Məruzədə ulu öndərin tarixi keçmişimizin, milli mənəvi irsimizin inkişaf etməsində xidmətləri haqqında məlumat verilmişdir. Muzeyin Sənədli mənbələr fondunda qorunan unikal materiallar- ümummilli liderin 1940-cı ildə Azərbaycan Tarixi Muzeyinə işə qəbul edilməsinə dair sənədləri, dəfələrlə muzeyə ziyarəti haqqındakı məlumatlar konfrans iştirakçılarının marağına səbəb oldu.