XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 May, 2018
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi bütün Azərbaycan Respubikasında olduğu kimi Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları tərəfindən də yüksək şəkildə qeyd edilir. Bu münasibətlə Muzeyin işçiləri və Muzeyin “Azərbaycan Tarixçiləri” YAP ilk ərazi təşkilatının üzvləri, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Fəxri Xiyabana gediblər. Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Təşkilatın üzvləri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ümummilli liderin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər. Vətənini sevən hər bir azərbaycanlı ulu öndərin xatirəsini son dərəcə əziz və müqəddəs tutur. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş bu böyük oğlunu bir an belə unutmayıb və unutmayacaq. Fəxri Xiyabanda yaşanan izdiham xalqın öz dahi oğlunun xatirəsinə ehtiramının parlaq təcəssümüdür.