XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Fevral, 2016
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Dr. Seyid İbrahim İbrahimi və nümayəndəsi Ağayi Behbudi Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.


Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları qarşıladı və Muzeyin ekspozisiyası ilə tanış etdi. O, muzeyin elmi-kütləvi fəaliyyəti ilə bağlı qonaqları məlumatlandırdı. Onlar Milli Azərbaycan Tarixi Muzeyi və İran muzeyləri arasında elmi sahədə əməkdaşlıq əlaqələrinin qurulması, gələcək layihələr, eləcə də işçi mübadiləsi sahəsindəki təcrübələrindən söz açıblar.