XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 May, 2018
Muzey əməkdaşının məruzəsi nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları müntəzəm olaraq konfranslarda iştirak edirlər. Belə ki, Muzeyin dissertantı Fatma Qəniyeva Bakı Mühəndislik Universitetinin təşkil etdiyi “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”nda “Etnik identiklik anlayışı və onun formalaşmasının öyrənilməsinə dair” məruzə ilə çıxış etmişdir. Konfransın materialları nəşr olunmuşdur (Bakı, 2018, 1726 s.). Muzey əməkdaşını təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.