XƏBƏRLƏR
11 May, 2018
Muzeydə 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeyşünaslıq-elmlərarası inteqrasiya kontekstində” silsiləsindən - “Abbasqulu Ağa Bakıxanovun yaradıcılığının gənc muzeyşünaslar tərəfindən araşdırılması. “Faktlar və təhlillər” adlı tələbə elmi-nəzəri seminarı keçirilib. Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Elmi-nəzəri seminar ADMİU-nin “Gənc muzeyşünaslar” tələbə elmi klubunun rəhbəri, Muzeyşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyşünas Elfira Məlikova-Qurbanova tərəfindən təşkil olunmuşdur. Seminarda ADMİU-nun müəllimləri və tələbələri, sənətşünaslar, muzey əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı və muzeydə keçirilən maarifləndirici elmi-nəzəri seminarın əhəmiyyətindən danışdı. Tarixçi alim A.A.Bakıxanovun yaradıcılığından bəhs edib və tarix elminin öyrənilməsində, tədqiqində onun rolunu vurğulayıb. Bildirilib ki, Azərbaycan tarixinə A.A.Bakıxanov görkəmli maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş şəxs, filosof, alim, filoloq, astronomiya və coğrafiya kitablarının müəllifi və şair kimi daxil olmuşdur. A.A.Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur.
Sonra Əmircan qəsəbə Bələdiyyəsinin müdir müavini Fəridə Bünyatova “A.A.Bakıxanov dühası” adlı məruzə ilə çıxış edib.
Tədbirdə iştirak edən teatrşünas, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ADMİU-nin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə tədbir təşkilatçılarına və muzeyin rəhbərliyinə elmi seminarın keçiriliməsinə görə təşəkkürünü bildirib. O, öz çıxışında Azərbaycanda muzey işinin inkişafından və müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətindən danışıb.
Daha sonra tədbirin təşkilatçısı, muzeyşünas Elfira Məlikova-Qurbanova çıxış edib. O, bildirib ki, muzeyşünaslıq çox spesifik bir elmdir. Dünyada bu elmin yaranma tarixi XX əsrin 20-30-cu illərinə təsadüf edir. Muzeylər xalqların çoxəsrlik mədəniyyətini özündə təcəssüm etdirən bir məbəddir. Ona görə məbəddir ki, xalqların tarixini, mədəniyyətini, dövlətçilik ənənəsini, ədəbiyyatını, ictimai fikrini, mübarizə epopeyasını əks etdirən saysız-hesabsız eksponatlara sahibdir. Əksər hallarda tariximizi kitablardan deyil, muzeylərdəki eksponatlar, tarixi materiallar, sənədlər sayəsində öyrənirik.
Elmi-nəzəri seminarın ikinci hissəsində ADMİU-nin tələbələri A.A.Bakıxanovun həyat və yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış ediblər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...