XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 May, 2018
Muzeydə növbəti maarifləndirici elmi seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində növbəti elmi seminar keçirilmişdir. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutan mühazirə-seminar görkəmli heykəltəraş Yuriy Qummelin yaradıcılığına həsr olunmuşdur. Seminarda Muzeyin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edib. F.Ağayev alman əhalisinin zorla Qazaxıstana sürgün olunmuş nümayəndələrindən olan, azərbaycanlı heykəltəraş Yuriy Qumelin XX-ci əsrin heykəltəraşlıq tarixinə verdiyi töhfələr haqqında məlumat vermişdir.