XƏBƏRLƏR
16 May, 2018
Muzeydə Məhəmmədəmin Rəsulzadənin məktublarının təqdimat mərasimi keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində Cümhuriyyətin qurucularından biri, görkəmli dövlət xadimi Məhəmmədəmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə mühacirət dövründə yazdığı və Muzeyə hədiyyə olunmuş 29 məktubun təqdimatı keçirilib.
Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov tədbiri açaraq, qeyd etdi ki, məktublar 1950-1955-ci illər dövrünü əhatə edir. Məktublar Muzeyə Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən hədiyyə olunub. S.Təkinər Türkiyədəki Azərbaycan mühacirətinin tanınmış simalarından sayılır. O, həm ədəbiyyatçı, həm jurnalist, həm də publisist kimi fəaliyyət göstərmişdir. Məktublar müxtəlif mövzuları əhatə edir. Məktublarda M.Rəsulzadə Azərbaycan mühacirətinin qarşısında duran vəzifələr haqqında fikirlərini S.Təkinər ilə bölüşür. S.Təkinərin yaradıcılığına dair mülahizə və tövsiyyələrini bildirir. Bu məktublar uzun müddət S.Təkinərin ailəsində qorunub saxlanılmışdır. Daha sonra isə Muzeyin xahişinə əsasən S.Təkinərin varisləri tərəfindən mədəniyyət ocağına hədiyyə edilmişdir. Tədbirdə “Əzablı yollarla” filmindən S.Təkinərin M.Rəsulzadə ilə görüşündən fraqmentlər göstərilmışdir.
Tədbirdə çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Cümhuriyyət irsinin, xüsusilə M.Rəsulzadə mirasının qorunmasının əhəmiyyətini qeyd etdi. Bildirdi ki, cənab Prezidentin Cümhuriyyətin 100 illiyinin keçirilməsi haqqındakı Sərəncamı bu istiqamətdə Muzeyin keçirəcəyi tədbirlərə təkan vermişdir. Sonra prof. Ədalət Tahirzadə çıxış etdi, Cümhuriyyət dövrünü tədqiq edən araşdırmaların vacibliyini qeyd etdi. Özünün Dilqəm Əhmədlə birlikdə həmmüəllifi olduğu "Aserbajdsjanske Republik 1918-1920" (Stokholm-Baku: Nurlar, 2018, 88 səh.) kitabını akad. Daha sonra məktubları Muzeyə hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Deqner çıxış etdilər. Sonda Leyla Deqner Cümhuriyyət irsinin qorunmasındakı roluna görə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...