XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 May, 2018
Muzeydə AXC-nin 100 illiyinə həsr olunmuş “Azərbaycanım mənim” adlı tədbir keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2017-ci ildə imzaladığı Sərəncama əsasən “Azərbaycanım mənim” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi ilə birgə təşkil olunub. Tədbiri keçirməkdə məqsəd məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunması, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, mübarizələrlə dolu tarixinin öyrənilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasıdır. Tədbirdə Mərkəzin direktoru Lalə Qəti çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəliyyəti barədə məlumat verərək bildirib ki, mərkəz tərəfindən belə maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir. Muzeydə keçirilən bu tədbir və ekspozisiyada tariximizi əks etdirən canlı eksponatlarla yaxından tanış olmaq Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Tədbirdə mərkəzdə fəaliyyət göstərən uşaqlar ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Onlar Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə fikirlərini bildirib, şerlər səsləndirib və mahnılar ifa ediblər.