XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 May, 2018
Ləkit dəfinəsi Azərbaycanda sikkə zərbi barədə məlumat verir
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan maraqlı tapıntılarından biri də gümüş və mis sikkələrdən ibarət dəfinənin bir hissəsidir (cəmi 11 sikkə). Sikkələr Qax rayonunun Ləkit kəndində təsadüfən aşkarlanmışdır. Numizmatik təyinat nəticəsində dəfinədəki 7 ədəd gümüş abbasıların Təbriz, Şamaxı, Gəncə, Tiflis xanlıqlarına, 4 ədəd mis felslərin isə Şəki xanlığına aid olduğu müəyyən olunmuşdur. Saxlanma vəziyyəti tam olan dəfinə XVIII əsrdə Azərbaycanda sikkə zərbi haqqında məlumat verən faktiki mənbədir. Sikkələrin üzərində - “La ilahə illəllah Muhəmmədən rəsulullah Əliyyən vəliyullah”, arxa tərəfində isə - “Musa ibn Rza” sözləri yazılıb.