XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 May, 2018
Muzeyi ziyarət edənlərin sayı çoxalıb
18 may Beynəlxalq Muzeylər günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində “Açıq qapı” günü keçirilib. Muzeyi ziyarət edənlər ödənişsiz qəbul olunub, sərbəst şəkildə ekspozisiya zallarında ekskursiya ediblər. Ziyarətçilərin çoxluğunu nəzərə alaraq elmi işçilərdən ibarət köməkçi qrup və muzeyin bələdçiləri tamaşaçılara eksponatlar haqqında geniş məlumat veriblər. Bu gün muzeyi 3500-ə yaxın yerli və əcnəbi qonaq ziyarət edib. Onlardan məktəbli, tələbələr və o cümlədən, əcnəbi qonaqlar da çoxluq təşkil edib.