XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 May, 2018
Muzeydə İrəvan incisi mühafizə olunur
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan dəyərli eksponatlardan biri də İrəvan azərbaycanlılarına məxsus, XVI əsrə aid edilən çini vazadır. Çini vaza ağ gildən hazırlanmış, mavi və göy boya ilə işlənib şirələnmişdir. Üzəri nəbati naxışlı və süjetli vazanın gövdəsinin ara sahəsində qırqovul quşlarının və digər tərəfində buğa təsviri, ətrafda isə iri gül-çiçək təsvirləri var. Dövrün etnoqrafik mənzərəsini öyrənmək baxımından vaza mühüm əhəmiyyətə malikdir.