XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 May, 2018
Muzeyin Nadir kitablar fondunun incisi
Elmin müxtəlif sahələrinə aid bir çox qədim kitab Milli Azərbaycan Tarixi Muzeyinin Nadir kitablar fondunda mühafizə olunur və zəngin mədəni irsimizin var olduğuna sübutdur. Fondda Azərbaycan şəhərləri haqqında məlumat verən kitablardan ən qədimi S.Q.Qmelinin “Путешествие по России” (“Rusiyaya səyahət”, 3-cü hissə) adlanır. Kitab 1785-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunub və 336 səhifədir. Kitabın 3-cü hissəsində Xəzər dənizi sahillərinin coğrafiyası haqqında da məlumat verilir. Müəllif yol qeydlərində Azərbaycan şəhərləri kimi Dərbənd, Quba, Şabran və Bakı şəhərlərinin təsvirləri və xəritələri ilə kifayətlənməmiş, burada yaşayan əhalinin etnoqrafik xüsusiyyətləri qeydlərini də əlavə etmişdir. Əsər XVIII əsr Azərbaycan tarixi və etnoqrafiyası ilə maraqlananlar üçün xeyli əhəmiyyətlidir.