XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 May, 2018
Muzey əməkdaşı mühazirə keçirmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi - kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova Suraxanı rayon 317 saylı orta məktəbdə “Xalq Cümhuriyyəti dövründə mədəniyyət” adlı mühazirə aparmışdır. Mühazirədə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşid Məmmədov, məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak etdilər. Mühazirə çox maraqla qarşılandı və iştirakçıların sualları ətraflı cavablandırıldı. N.Yusifova məktəb-muzey əlaqəsində maraqlı təkliflər irəli sürdü. Suraxanı İcra Hakimiyyətinin nümayəndəsi və müəllim kollektivi təklifləri bəyəndilər və onlar bundan sonra muzeylə daima əlaqə yaradacaqlarını, müxtəlif dövlət əhəmiyyətli tədbirlərin də muzeydə keçirilməsini təklif etdilər. Muhazirənin sonunda 317 saylı məktəbin 7-ci sinif şagirdlərinin Xalq Cümhuriyyətinə həsr olunmuş maraqlı kompozisiyaları təqdim olundu.