XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 May, 2018
Muzey əməkdaşı elmi konfransda çıxış etmişdir
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dosent Sevinc Vahabova “Azadlıq carçıları (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə 1918-1920-ci illərdə Şərqdə mövcud olmuş ilk demokratik respublikanın yaranmasının tarixindən bəhs edilmişdir. Həmçinin, azadlıq mücahidlərinin Muzeydə qorunan və elmi ekspozisiyada nümayiş etdirilən şəxsi kolleksiyası, unikal sənədlər haqqında geniş məlumat verilmişdir. Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda müəllim və tələbə heyəti 25 may 2018-ci il tarixində Muzeydə açılacaq “Azərbaycan Cümhuriyyətinin görkəmli xadimləri” adlı sərgiyə dəvət edilmişdir.