XƏBƏRLƏR
31 May, 2018
Muzeydə Cümhuriyyət və mühacirət xadimlərinin fotoşəkilləri mühafizə olunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan Cümhuriyyəti xadimlərinə, mühacirlərə aid XX əsrin I yarısı dövrü fotoşəkilləri mühafizə olunur. Onlar Türkiyənin Anadolu Universitetinin professoru Zaur Məhərrəm tərəfindən Muzeyə hədiyyə edilmişdir. Təsvirlərin əksəriyyətində qürbətdə ömür sürən siyasi mühacirlər əks olunub. Onların arasında “Müsavat” partiyasının təsisçiləri və fəalları, habelə Cümhuriyyət xadimləri Məhəmməd Əmin Rəsulzadə, Abbasqulu Kazımzadə, Mirzəbala Məmmədzadə, Xosrov bəy Sultanov, Ceyhun bəy Hacıbəyli və başqalarının Polşa, Almaniya, Fransada çəkilmiş fotoşəkilləri var. Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 1908-1955-ci ilərə aid şəkilləri onun dolğun siyasi fəaliyyətinin az qala yarıməsirlik dövrünü ehtiva edir.
Azərbaycanın milli məfkurəli ictimai siması, ədib Əli bəy Hüseynzadənin fotoşəkli XX əsrin əvvəllərində Bakıda çəkilmişdir. Yurdumuzun nüfuzlu siyasi xadimi, AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Krımın tanınmış ictimai xadimi, “Tərcüman” qəzetinin təsisçisi və redaktoru İsmayıl bəy Qaspralı ilə Orenburqda çəkilmiş fotoşəkli də həmin dövrə aiddir.
Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Əli bəy Hüseynzadəyə xatirə olaraq verdiyi, şəxsən imza qoyduğu fotoşəkli 1910-cu ildə Bakıda çəkilmişdir.
Zəmanəsinin əyani şəhadəti olan bu fotoşəkillər Cümhuriyyət və mühacirət dövrünün keşməkeşlı tarixini araşdıran tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...