XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 May, 2018
Muzey əməkdaşının kitabı nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim yeni elmi əsərlərlə tariximizi işıqlandırırlar. Belə ki, Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX - XX əsrin əvvəlləri)” (Bakı, 2017, 304 səh.) adlı monoqrafiyası çap olunmuşdur. Kitab Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunub. Monoqrafiyanın elmi redaktoru, t.ü.e.d. İradə Bağırovadır. Monoqrafiyada Çar Rusiyasının Azərbaycan ruhaniliyinə və xalqına missioner münasibəti, Azərbaycanın mütərəqqi din xadimlərinin, ziyalıların fəaliyyət və yaradıcılığında islam maarifçiliyi mövzusu araşdırılıb. Mövzu dövrün mətbuatı və s. qaynaqları, o cümlədən, Bakı qazısı, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib. Muzey kollektivi adından Ə.Fərhadovu təbrik edir, yeni elmi uğurlar arzulayırıq.