XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 May, 2018
Muzey əməkdaşı konfransda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin dissertantı Fatma Qəniyeva Bakı Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Konfrans “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda təşkil edilmişdir. F.Qəniyeva “İdentikliyin formalaşma prosesində dilin əsas simvol kimi qorunması” adlı məruzə ilə çıxış etmişdir. Konfransda bütün iştirakçılara sertifikatlar təqdim olunub. Konfransın materialları tezliklə nəşr olunacaq.