XƏBƏRLƏR
25 May, 2018
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgi keçirilib
Bu gün Muzeydə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgi təşkil olunub. Əsas məqsəd 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini işıqlandırmaqdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış etdi. Nailə xanım öz çıxışında cənab prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən bəhs etdi. Muzeydə qorunan Cümhuriyyət xadimlərinin zəngin eksponatlarının tariximizin tədqiqində oynadığı roldan danışdı. Sonra sərgidə iştirak edənlər mövzu ilə bağlı çıxış etdilər.
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan Cümhuriyyəti ilə bağlı Muzeydə qorunan eksponatlara həsr olunmuş “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” adlı kataloq hazırlanmışdır. Sərgi iştirakçılarına kataloq barəsinə ətraflı məlumat verilmişdir. Daha sonra Azərbaycan Cümhuriyyətinin tədqiqi və təbliğinə töhfə vermiş, həmçinin, sərginin təşkilində iştirak etmiş şəxslərə Muzey adından təşəkkürnamələr təqdim edildi. Sərgiyə baxış keçirildikdən sonra qonaqlara Azərbaycan Cümhuriyyətinə həsr olunmuş kataloq və “İRS – Heritaje” beynəlxalq jurnalı paylandı.
Sərgidə qurulmuş 13 iriölçülü informasiya panelində Cümhuriyyətin siyasi, ictimai, hərbi liderlərinin bioqrafiyaları, həyata keçirdikləri tədbirlər barəsində məlumat verilir, fotoları təqdim edilir. Sərgi zalında qurulmuş digər 30-dan artıq panellərdə Cümhuriyyət xadimlərinin, o cümlədən, bir neçəsi ilk dəfə işıq üzü görmüş tarixi fotoşəkilləri nümayiş etdirilir. Ayrıca, panellərdə Cümhuriyyətin 300-dən artıq xadiminin adı, soyadı, atasının adı göstərilir, fəaliyyət sahəsi barədə məlumat verilir. Zalın baş tərəfində Dövlət Bayrağının təsviri, həmçinin, heykəltəraş Elşən Sərxanoğlunun müəllifi olduğu “İstiqlal müjdəçisi” adlı heykəl nümayiş etdirilir.
Sərgidə, həmçinin, Cümhuriyyətin görkəmli xadimlərinə məxsus olmuş və Muzeyin fondlarında saxlanılan tarixi eksponatlar vitrinlərdə nümayiş olunur.
Sərgidə, o cümlədən, Məhəmməd Əmin Rəsulzadənin Muzeyə bu günlərdə hədiyyə olunmuş məktubları da göstərilir. Sərgidə, həmçinin, təkcə Muzeyin fondlarında olan deyil, fərdi kolleksionerlərdə olan materiallar da nümayiş olunur. Belə ki, kolleksioner Dilqəm Əhmədin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı eksponatları, İlqar Rəhimovun kolleksiyasından Azərbaycan Cümhuriyyəti Ordusunun zabitinin paqonu və ona aid foto, Gülnarə Abdullayevanın kolleksiyasından Cümhuriyyət xadimləri - Həsən bəy Ağayev və Əhməd bəy Pepinova məxsus eksponatlar göstərilir.
Sərgi 2018-ci il sentyabrın 5-dək davam edəcək.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...