XƏBƏRLƏR
25 May, 2018
Numizmat alim Əli Rəcəblinin “Sikkə və dövlətçilik” kitabının təqdimatı olub
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” adlı kitabının təqdimatı keçirilib.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Ə.Rəcəblinin Azərbaycanda numizmatika elminin əsasını qoyan və onu inkişaf etdirən görkəmli alim olduğunu söyləyib. Qeyd edib ki, professor Ə.Rəcəbli hələ tələbəlik illərindən başlayaraq son 60 il ərzində Azərbaycan numizmatika elmi, etnoqrafiyası, tarixi, ümumilikdə ictimai elmlər sahəsinin inkişafına mühüm töhfələr verib.
İ.Həbibbəyli numizmatik alimin bu günə qədər "Şirvanşahlar dövlətində sikkə zərbi (VIII-XVI yüzillər)", "Azərbaycan Səfəvilər dövlətində məskukət (sikkə) işi", "Azərbaycan numizmatikası" və "Azərbaycan sikkələri" kimi fundamental əsərlər ortaya qoyduğunu, kitablarında yeni nəslə azərbaycançılıq və dövlətçilik təfəkkürünü aşıladığını bildirib. Əli Rəcəblinin bütün əsərlərinin rus və ingilis dillərinə tərcümə olunduğunu deyən AMEA-nın vitse-prezidenti alimin elmimizin dünyada tanıdılması, qədim tariximizin, dövlətçilik mədəniyyətimizin beynəlxalq arenada təbliği istiqamətində xidmətlərini xüsusi vurğulayıb. O, professor Ə.Rəcəblinin 100 illiyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin sikkələrilə bağlı da mühüm tədqiqatlar apardığını diqqətə çatdırıb.
Akademik İ.Həbibbəyli ötən il AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında Milli Azərbaycan Tarixi Muzeyi və Arxeologiya və Etnoqrafiya İnstitutunda numizmatika işinin genişləndirilməsi məqsədilə doktorantların bu sahələrə cəlb olunması, o cümlədən kadr hazırlığının gücləndirilməsi barədə qərarın qəbul edildiyini xatırladıb. O, həmçinin bu ilin sentyabr ayında Azərbaycanda numizmatika, epiqrafiya və nəzəriyyə elmlərinin inkişafı istiqamətində mühüm qərarların qəbul ediləcəyini bildirib.
Təqdimatı keçirilən kitab barədə ətraflı məlumat verən AMEA-nın vitse-prezidenti bildirib ki, sözügedən əsərdə Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb, ilk dəfə olaraq numizmatik faktlar dövlətçilik tariximizin ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb olunub. Bundan əlavə, kitabda qədim Azərbaycan dövlətlərinin siyasəti, iqtisadiyyatı, pulu və tarixi barədə geniş məlumatlar oxuculara təqdim edilib.
Tədbirdə, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, nəşrin elmi redaktoru, akademik Nailə Vəlixanlı və digərləri çıxış edərək Ə.Rəcəblinin Azərbaycan numizmatika elminin inkişafındakı xidmətlərindən, onun əsərlərinin tariximizin tədqiqi, qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının önəmindən danışıblar.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın "Numizmatika elminə yeni töhfə" və Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin "Əli Rəcəbli və Azərbaycan numizmatikası" mövzusunda məruzələri dinlənilib.
Sonda professor Ə.Rəcəbli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...