XƏBƏRLƏR
29 May, 2018
Milli Azərbaycan Tarixi Muzeyində “Şahsuvarovlar nəslindən üç varis” adlı tədbir keçirildi
Milli Azərbaycan Tarixi Muzeyində “Şahsuvarovlar nəslindən üç varis” adlı tədbir təşkil olunub. Tədbirin təşkilatçısı və aparıcısı Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır. Tədbirdə Cümhuriyyət dövrünün Almaniyadakı tələbələri - Mürsəl bəy, Surxay bəy və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarif naziri olmuş Nurməmməd bəy Şahsuvarovların varisləri, qohumları, Laçın rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Aynurə Məmmədova, Laçın rayon MKS-nin baş metodisti Fazil Qəhrəmanov, Laçın rayon 1 saylı məktəbin direktoru Vəfa Məmmədli, Muzey əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən elmi işçi S.Ələkbərova iştirakçıları salamladı, tədbir haqqında qısa məlumat verdi. Cənab Prezidentin müvafiq Sərəncamına uyğun olaraq Cümhuriyyət tarixinə dair silsilə tədbirlərin Muzeydə keçirildiyini bildirdi. Cümhuriyyət dövrünün tələbələri Mürsəl bəy, Surxay bəy və AXC dövründə Xalq maarifi və dini etiqad naziri olmuş Nurməmməd bəy Şahsuvarovlar nəslinin tarixinin öyrənilməsinin AXC dövrünün tədqiqi baxımından mühüm olduğunu qeyd etdi. S.Ələkbərova tədbirdə iştirak etdikləri üçün qonaqlara təşəkkür etdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Sonra Şahsuvarovlar nəslinin tədqiqatçısı, tarixci və tədqiqatçı jurnalist Vəsilə Şahsuvarlı, t.ü.f.d. Ələmdar Şahverdiyev, Mürsəl bəyin böyük qızı, tibb.e.d. Vera Şahsuvarlı, Şahsuvarovlar nəslindən, tibb.ü.f.d. Oruc Şahsuvarov, “Pillələr” qəzetinin baş redaktoru Şöhrət Abbasov, aktyor Rauf Şahsuvarlı çıxış etdilər. Mövzu ilə bağlı elektron slayd və sənədlər nümayiş olundu. Çıxışçılar Şahsuvarovlar nəslinin tarixi, AXC dövrü və tələbələri, Sovet dövründə uğradıqları repressiyalar haqqında geniş məlumat verdilər. Nəslin tarixinin araşdırılmasına töhfə verdiklərinə görə Muzey rəhbərliyinə təşəkkür etdilər. Verilən suallar çıxışçılar tərəfindən ətraflı cavablandırıldı.
Tədbirin sonunda bədii hissə nümayiş olundu.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...