XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 May, 2018
Muzeyin Cümhuriyyət mövzusuna həsr olunmuş kataloqu çap edilib
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” adlı kataloq (Bakı, 2018, 64 səh., Azərbaycan və ingilis dillərində) nəşr olunmuşdur. Kataloqda Azərbaycan Cümhuriyyəti ilə bağlı Muzeyin fondlarında qorunan eksponatların, sənədlərin foto şəkilləri və onlar haqqında məlumat təqdim edilmişdir. Kataloqun elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Giriş mətninin müəllifi Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov, kataloqu hazırlayanlar isə Muzeyin elmi əməkdaşları – İnarə Muradəliyeva, Nərmin Bağırova, Ramiyə İsmayılova və Sevil Qazıyevadır. Kataloq Cümhuriyyət tarixinin tədqiq və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.