XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 İyun, 2018
Muzeyin “Qarabağ” kəmərləri
Muzeyin Xüsusi fondunun kolleksiyasında çoxsaylı və müxtəlif kompozisiyalı kəmərlər saxlanılır. Azərbaycanda ən geniş yayılmış, zəngin tərtibatlı milli geyimlərin əsas aksesuarlardan biri də kəmərlərdir. Rəngarəng və mürəkkəb quruluşlu kəmərlər etnik özünəməxsus tərtibatla bərabər sahibinin statusunu, yaşını və yaşadığı bölgəni bildirərdi. Məlum olan ondan artıq müxtəlif tərtibatlı kəmər növlərindən biri də “Qarabağ” adı ilə tanınan kəmərlərdir. Fondun kolleksiyasında XIX-XX əsrin əvvəlinə aid 50-dən artıq “Qarabağ” kəməri saxlanılır. Bu növ yığma kəmərlərə xas olunan iki və ya dörd hissəli fiqurlu toqqa və qayışın üzərinə düzülən müxtəlif fiqurlu lövhələrdən yığılırdı. Nəbati təsvirlərlərlə bərabər türk mifologiyasında rast gəlinən ikibaşlı qartal bu növ kəmərlərdə ən geniş yayılmış motivlərdəndir. Hər bir lövhənin üzəri oyma və qarasavad texnikasında işlənilirdi. Çox zaman hazırlanma ili, sahibinin və ya ustanın adı alt toqqanın üzərində həkk olunurdu. Bu kəmərlərin tədqiqi Azərbaycan etnoqrafiyasının öyrənilməsi baxımından mühümdür.