XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 İyun, 2018
Muzeyin qiymətli metallar kolleksiyasının unikal eksponatı bərpa olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda saxlanılan eksponatların üzərində ehtiyac olduqca bərpa işləri aparılır. Yeni bərpa olunmuş eksponatlardan biri də XIX-XX əsrin əvvəlinə aid Qarabağ mənşəli gümüş qadın kəməridir. Kəmər iki hissəli toqqadan, dörd ləçəkli güldən və ikibaşlı quş lövhələrindən ibarətdir. Bütün detalların üzəri qarasavatla nəbati işləməlidir. Kəmərin bütün detallarının üzəri paxırdan təmizlənib, xüsusi kimyavi örtüklə örtülmüşdür. Dəri qayışın üzərinə yığılaraq ikinci həyat verilmişdir. Kəmər Muzeyin Bərpa laboratoriyasının bərpaçı - dizayneri Vüqar Xudaverdiyev tərəfindən bərpa edilmişdir.