XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 İyun, 2018
Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Milli Azərbaycan Tarixi Muzeyində olub
Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata və onu müşayiət edənlər Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Aleksandr Atanı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Qonaqlara muzeydə yeni açılan Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisində və muzeyin ekspozisiya zallarında ekskursiya aparılıb. Bakının arxiyepiskopuna Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Şərq və Avropanın sintezinin özündə cəmləşdirən muzeyin möhtəşəm binası və zalları qonaqların xüsusi marağına səbəb olub. Sonda Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ataya muzeyin nəfis tərtibatlı nəşrləri – kataloqlar, bukletlər hədiyyə olunub.