XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 İyun, 2018
Muzeyin etnoqrafik incisi
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda xalqımızın adət- ənənələrini işıqlandıran xeyli sayda maddi-mədəniyyət nümunələri mühafizə olunmaqdadır. Toy mərasimlərinin al-əlvanlığını, dəbdəbəsini özündə əks etdirən əşyalarımızdan biri də xonça örtüyüdür. Fondda mühafizə olunan belə xonça örtükləri XIX əsrin sonu – XX əsrin əvvəllərinə aiddir. Onlara el arasında böyük dəyər verilmiş, nəsildən - nəsilə ötürülmüşdür. Fondda saxlanılan bu materiallar Azərbaycan etnoqrafiyasının tədqiqi baxımından böyük əhəmiyyət daşıyır.