XƏBƏRLƏR
14 İyun, 2018
Milli Azərbaycan Tarixi Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və Ordu amili” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan Tarixçiləri” və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş “Milli qurtuluşumuzda Heydər Əliyev və Ordu amili” adlı tədbir keçirilib. Tədbirdə YAP Səbail Rayon Təşkilatının sədr müavini Muxtar Nağıyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, GVB-nin sədr müavini, Qarabağ qazisi İslam Əzimov, tarixçi alimlər, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi ilə başladı. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq bayram münasibətilə Azərbaycan xalqını təbrik etdi. Akademik Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin quruculuğundakı aktiv fəaliyyətindən, Milli Ordumuzun ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı qəhrəmanlıq mücadiləsindən bəhs edib. Gəncləri bu istiqamətdə maariflənməyə, Heydər Əliyev irsini öyrənməyə, nümunə götürməyə dəvət etdi.
Sonra YAP Səbail Rayon Təşkilatınn sədr müavini Muxtar Nağıyev çıxış edərək, Azərbaycanda YAP-ın ictimai-siyasi həyatdakı fəaliyyətində cənab Heydər Əliyevin rolundan, Milli Ordu quruculuğundan bəhs etdi.
Daha sonra Gənc Vətənpəvərlər Birliyinin sədri Muğan Əliyev 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, dövlətçilik, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulduğunu, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, Muzeyin YAP “Azərbaycan tarixçiləri“ ilk ərazi təşkilatının sədr müavini Nasir Quluzadə çıxış edərək Muzeydə Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Günü münasibətilə mütəmadi keçirilən elmi-kütləvi tədbirlər haqqında məlumat verdi.
Tədbirdə çıxış edən Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Qarabağ qazisi İslam Əzimov milli ordunun yaranması tarixindən və müstəqillik dövründə inkişafından bəhs edib. Çıxışçılar Heydər Əliyevin siyasi dühasından, Milli Ordunun şücaətindən, bu mövzunun daim təbliğ edilməsinin əhəmiyyətindən danışdılar.
Sonra tədbir gənclərin ifasında musiqi nömrələri və milli rəqslərdən ibarət bədii hissə ilə davam edib. Tədbirin sonunda Milli Azərbaycan Tarixi Muzeyində mədəni və ictimai tədbirlərin təşkil olunması, Muzeyin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fəal iştirak edən şəxslər muzey adından “Təşəkkürnamə” ilə təltif olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...