XƏBƏRLƏR
20 İyun, 2018
Milli Azərbaycan Tarixi Muzeyinin beynəlxalq əlaqələri genişlənir
Milli Azərbaycan Tarixi Muzeyi xarici dövlətlərlə əlaqələrini daim genişləndirir.
Bu gün Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniyanın Azərbaycandakı Səfirliyi, Rumıniya Prezident Administrasiyasının nəzdində Kotroçeni Milli Muzeyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi keçirilib. Sərginin açılışında millət vəkilləri, Azərbaycandakı səfirliklərin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri və media işçiləri iştirak ediblər.
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavinləri t.ü.e.d dos. Nərgiz Əliyeva, t.ü.f.d dos. Məhfuzə Zeynalova, Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov və muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Babayeva iştirak ediblər.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə Rumıniyanın Böyük Birliyinin yaranmasının 100-cü ildönümünün eyni vaxta təsadüf etməsinin çox fərəhli hal olduğunu söyləmiş, hər iki ölkənin qədim tarixi köklərə malik olduğunu bildirmişdir.
Sonra Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan İanku və Rumıniyanın Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman çıxış edib bildiriblər ki, 2018-ci il həm Azərbaycan, həm də Rumıniya üçün önəmli il hesab olunur. Rumıniyanın bütün böyük vilayətlərinin tarixi birləşməsi hadisəsinin tamamlanmasından 100 il ötür və 1 dekabr 1918-ci il Rumıniyanın Milli Günü kimi qeyd olunur.
Tədbirdən sonra Muzey əməkdaşları ilə Ruminiyanın Azərbaycandakı səfiri cənab Dan İanku və Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman ilə masa arxasında görüş keçirilib. Görüşdə Rumıniya˗Azərbaycan mədəniyyəti və tarixinin təbliğ olunması haqqında müzakirələr olunub və gələcək əməkdaşlıq haqqında danışıqlar aparıllıb.
Danışıqlarda hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əlaqələrin yaradılması, elmi seminar və konfransların təşkili, ümumi nəşrlərin həyata keçirilməsi müzakirə olunub. Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi tərəfindən Azərbaycan və Rumıniya maddi-mədəniyyətinin təbliğ olunması üçün qarşılıqlı səyyar sərgilərin təşkil olunması təklifi irəli sürülüb. Təklif qarşı tərəfdən dəstəklənib və belə sərgilərin dövlətlərimizin mədəni əlaqələrinin qurulması baxımından mühüm əhəməyyətə malik olduğu vurğulanıb. Sonda Rumıniyanın Kotroçeni Muzeyi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarına muzeyin kataloq və bukletləri hədiyyə olunub. Hər iki tərəf bu görüşdən məmnun olduğunu bildirib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...