XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Fevral, 2016
Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizmlə əlaqədar növbəti tədbir keçirilmişdir

29.02.2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan uşaq və gənclərin sülh şəbəkəsi”nin liderləri və Sabunçu rayon 71 saylı orta məktəb şagirdləri üçün multikulturalizm mövzusunda seminar keçirilmişdir.


Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov "Azərbaycan: multikulturalizm, sülh və dialoq nümunəsi" mövzusunda məruzə etmiş, multikulturalizmin Azərbaycanda tarixi köklərindən, müxtəlif din və millətlərin burada birgəyaşayış ənənəsindən, multikulturalizmin Azərbaycanda dövlət siyasəti və dünya ölkələri üçün bir nümunə olmasından bəhs etmişdir.

Seminarda  AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin müdiri Zərifə Dulayeva, şöbənin əməkdaşları Nardanə Yusifova, Pərvanə Əzimova, 71 saylı orta məktəbin tarix müəlliməsi Solmaz Quliyeva da çıxış edib multikulturalizmin əhəmiyyətindən və şagirdlərə təbliğ edilməsinin vacibliyindən danışdılar.

Tədbirin sonunda şagirdlərin və valideynlərin mövzu ilə əlaqəli suallarına cavab verildi. Və onlar bu kimi tədbirlərin keçirilməsinə görə Muzey rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.