XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyun, 2018
Muzeydə keçirilən sərgi “Xabar 24” TV-də təqdim edilib
Qazaxıstan Respublikasının “Xabar 24” TV-də, “Art Global” rublikası altında Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi haqqında veriliş göstərilib (http://24.kz/ru/tv-projects/art-global/item/246930-art-global-nasledie-velikoj-stepi-predstavyat-v-baku). Verilişdə sərginin Muzeydə açılışı, Muzeyin direktoru, akademik Nailə Vəlixanlının sərgidəki çıxışı, Bakının və Muzeyin tarixi, sərgidə göstərilən eksponatlar haqqında məlumat verilib. Həmçinin Muzeyin Elmi fond işləri üz-rə direktor müavini baş mühafiz, t.ü.f.d. Məhfuzə Zeynalovаnın, Xüsusi fondun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyovanın, AMEA və Qazaxıstan nümayəndələrinin sərgi haqqındakı çıxışları da verilişdə nümayiş olunub. Bildirilib ki, sərgidə göstərilən eksponatlar ortaq türk tarixini özündə əks etdirir və mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, 22.05.2018-ci il tarixindən etibarən Muzeydə baş tutan sərgi Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsi çərçivəsində təşkil edilib. Muzeyin möhtəşəm Şərq zalında təşkil olunan sərginin baş eksponatı İssıq kurqanında aşkarlanan, e.ə. V-IV əsrlərə aid sak döyüşçüsü “Qızıl adam”dır. Həmçinin VI-VIII əsrlərə aid türk daş heykəlləri, üzərində qədim türk yazıları olan daş kitabələr, tarixi zərgərlik məmulatları və xalçalar bura daxildir. “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi 2018-ci il iyulun 1-dək Muzeydə nümayiş etdiriləcək.