XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyun, 2018
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanda hərbi uniforma tarixinə həsr olunmuş açıqçalar topluları hazırlanıb
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanda hərbi uniforma tarixinə həsr olunmuş açıqçalar hazırlanmışdır. Özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan döyüş geyimləri və hərbi uniformalarının əks olunduğu 3 hissədən ibarət olan bu açıqçalar e.ə. XIV-XIII əsrlərdən 1920-ci ilə qədər olan dövrü əhatə edir. Açıqçaların təqdimat mərasimi Milli Azərbaycan Tarixi Muzeyində hazırlanmış “Ordum varsa, yurdum var” adlı sərgisinin açılışında nəzərdə tutulmuşdur. Açıqçalar üç hissəsə hazırlanmış, hər hissədə 12 açıqça vardır. Açıqçalar Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən aparılan tədqiqatlar əsasında tərtib edilmiş, hərbi geyim və uniformalar Muzeyin bərpaçı rəssamı Əjdər Qafarov tərəfindən çəkilmişdir.