XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 İyun, 2018
Muzey əməkdaşı elmi-praktik konfransda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dosent Sevinc Vahabova “Azərbaycanda Ordu Quruculuğu və Hərb Elmi” adlı elmi-praktik konfransda “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün silahları” adlı məruzə ilə çıxış etmişdir. Sonda S.Vahabova konfrans iştirakçılarını Milli Azərbaycan Tarixi Muzeyində keçirilən sərgilərə baxmağa dəvət etmişdir. Konfrans Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən təşkil olunmuşdur. Çıxışlar “Azərbaycanda Ordu Quruculuğu və Hərb Elmi” Elmi-Praktik Konfransın proqram və materialları” (Bakı, 2018) adı ilə dərc olunmuşdur. S.Vahabovanın məruzəsində Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyasında 1918-ci ilin mart hadisələri zamanı, həmçinin Qafqaz İslam Ordusunun Bakını xilası zamanı istifadə olunan, hərbi əməliyyatlarda qənimət kimi ələ keçirilən müxtəlif çeşidli silah nümunələrinin saxlanılması qeyd olunub. Bu materialların muzeyimizdə nümayiş etdirilməsi və tədqiq olunması xüsusi vurğulanıb. Həmçinin gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında və təbliğində mühüm rolunun vacibliyi qeyd olunub.