XƏBƏRLƏR
21 İyun, 2018
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq
Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Ordum varsa, yurdum var!” sərgisində şahzadə Abbas Mirzə Qacara (1789-1833) məxsusluğu ehtimal edilən qılınc nümayiş olunacaq.
Belə ki, hələ 2017-ci ildə qılıncın hazırki sahibi Yusif Bağırzadə Milli Azərbaycan Tarixi Muzeyinə qılıncın istehsal dövrünün müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Muzeyin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədov qılıncın strukturu və xüsusiyyətlərini nəzərə alaraq onun XIX əsrin əvvəllərinə aid parad silahı olmasını müəyyən etmişdir. Muzey əməkdaşının tövsiyəsi ilə Y.Bağırzadə eksponatın dəqiq və hərtərəfli ekspertizası üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajına müraciət etmişdir. RF Silah Ekspertləri Milli Assosiyasiyası mütəxəssislərinin verdiyi geniş və əhatəli rəydə qılıncın yerli Azərbaycan istehsalı olması qeyd edilmişdir. Dövlət Ermitajında qorunan iki analoji qılıncla tutuşdurulma aparılmışdır ki, onların biri üzərində hicri 1225-ci il (1809/10-cu il) yazılmış, digərinin isə 1827-ci ildə general İ.F.Paskeviç tərəfindən şahzadə Abbas Mirzənin Təbrizdəki sarayından götürülməsi dəqiq məlumdur.
Sərgilənəcək qılınc üzərində yazılar sırasında “Bənde-i şah-i vilayət Abbas” (“Vəlilik şahının qulu olan Abbas”) yazısı oxunmuşdur.
Qılıncın forma, düzəldilmə texnikası, naxışların təhlili, mövcud eksponatlarla tutuşdurulma, üzərindəki yazı onun 1809/10-cu ildə Azərbaycanda şahzadə Abbas Mirzə Qacar üçün düzəldilməsini ehtimal etməyə imkan vermişdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...