XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 İyun, 2018
Muzey əməkdaşının redaktorluğu ilə kitab çap olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-Fond işləri üzrə direktor müavini, t.ü.f.d., dosent Məhfuzə Zeynalovanın iştirakı ilə “Multi-purposeful Application of Geospatial Data” (“Geofəza məlumat bazasının çoxtəyinatlı tətbiqi”, London, 2018, 214 səh.) adlı kitab nəşr olunmuşdur. Kitab Böyük Britaniyanın məşhur IntechOpen nəşriyyatı tərəfindən yenicə işıq üzü görüb. Kitabın texniki redaktoru olan dosent M.Zeynalovanın bu əsərin çapında rolu Azərbaycan alimlərinə beynəlxalq miqyasda verilən ən yüksək qiymət və onların tanınması deməkdir. Dosent M.Zeynalovanı təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq. “Geofəza məlumat bazasının çoxtəyinatlı tətbiqi” kitabı müxtəlif metodlara əsaslanaraq Yerin tədqiqində kosmik texnologiyanın tətbiqi ilə peyk məlumatlarının sistemləşdirilməsi və interpretasiyasına həsr olunmuşdur. Burada böyük miqyaslı ərazinin müşahidə və monitorinqi prosesində geofəza məlumatlarının üstünlükləri nümayiş etdirilmişdir.