AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanır. Azərbaycan tarixinin görkəmli simalarından olan görkəmli sərkərdə və dahi hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi ilk dəfədir ki qurulur.
Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunmuşdur. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilmişdir.
Bilavasitə Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanan sərginin kuratoru t.ü.f.d. Səbuhi Əhmədovdur.
Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin birinci rübünə aid unikal eksponatlar toplanmışdır. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənmiş, konservasiya olunmuş, zədələnmiş eksponatlar bərpa edilmişdir. Beləliklə, sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunacaq, onların əksəriyyəti ilk dəfədir ki nümayiş olunur.
Həmçinin dünya muzeylərində qorunan və Şah İsmayıl dövrünə aid eksponatların 7 mulyajı, 100-ə yaxın fotoşəkli də sərgilənməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, eksponatlar yalnız vitrinlərdə deyil, həmçinin “XVI əsr Azərbaycan cəngavəri” tamölçülü atlı manekeni, eləcə də “XVI əsr Azərbaycan döyüşçüsü” 4 tamölçülü piyada manekeni üzərində nümayiş olunacaq.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.