XƏBƏRLƏR
22 İyun, 2018
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçirilib
Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış mərasimi olub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AR Mədəniyyət naziri Əbülfəz Qarayev, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, və b. işrirak ediblər.
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxış keçirilib. Tədbir iştirakçıları, həmçinin fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisi ilə tanış olublar.
“Qurani-Kərim”in tilavəti ilə başlayan tədbirdə Naxçıvan Dövlət Televiziyasının hazırladığı “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” filmi nümayiş etdirilib.
Mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açaraq bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakıda keçirilmiş konfransında Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olunub.
Ali Məclisin Sədri Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını söyləyərək, tədbirində iştiraka görə qonaqlara təşəkkürünü bildirib. Qeyd edib ki, Naxçıvan artıq orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi.
O, ümummilli lider Heydər Əliyevin İslam ölkələri ilə əməkdaşlığa önəm verdiyini, Prezident İlham Əliyevin də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət göstərdiyini qeyd edib.
Tədbirdə, həmçinin AR Mədəniyyət naziri Əbülfəs Qarayev, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Azərbaycandakı multikultural, tolerant ənənələrdən danışıblar.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının konserti olub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...