XƏBƏRLƏR
25 İyun, 2018
Muzeydə Milli Qəhrəman Məzahir Rüstəmovun materialları mühafizə olunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda şəhidlik zirvəsinə ucalaraq Milli Qəhrəman adınnı qazanan bir çox vətən övladının materialı mühafizə edilir. Onların arasında Məzahir İzzət oğlu Rüstəmovun (1960-1992) materiallarının xüsusi yeri var. O, tanınmış filosof alim İzzət Rüstəmovun oğludur. Məzahir Rüstəmov Bakıda ziyalı ailəsində, vətən sevgisi ilə böyüyüb. 1990-cı ildən Azərbaycan Dövlət Mətbuat Komitəsinin şöbə müdiri vəzifəsində çalışan Məzahir Rüstəmov iki ildən sonra vətənin harayına səs verərək könüllü olaraq Gədəbəy cəbhəsinə yollanmışdır. Bunu onun 1992-ci il martın 20-də Komitənin sədri, şair Sabir Rüstəmxanlının adına yazdığı ərizəsi sübut edir. Onun materialları arasında səhra geyimində çəkilmiş fotoşəkli, tabor komandirinə yazdığı raport, habelə hərbi andın mətni diqqəti cəlb edir. Şücaətli döyüşçu həmin ilin avqustunda erməni hərbi birliklərinin Mutudərəyə hücumu zamanı əl qumbarasını partladıb, bir çox düşməni məhv edərək həlak olmuşdur.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli, 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Məzahir Rüstəmovun kolleksiyasında Qarabağ müharibəsi tarixinin başqa maraqlı sənədləri də var. ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki “News” muzeyinin önündə şəhid jurnalistlərin siyahısı olan lövhədə qəhrəman hərbi müxbirlərimiz Salatın Əsgərova və Çingiz Mustafayevin adları çəkilmişdir. Bunu müvafiq şəkillərdə görmək olur. Xankəndinin yaxınlığında yerləşən Kərkicahan kəndini müdafiə edərək həlak olan Ceyhun Əliyevin ölümü haqqında bildiriş də çox dəyərli tarixi sənəddir.
Bu materiallar 2015-ci il mart ayının 2-dən Sənədli Mənbələr Fondunda qorunub saxlanılır. Qarabağ müharibəsi tarixinin tədqiqi və gənc nəsillərə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Allah şəhidlərimizə rəhmət eləsin!
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...