XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 İyun, 2018
Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi yekunlaşmaq üzrədir
Muzeydə keçirilən Qazaxıstan Respublikasının “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” adlı sərgi yekunlaşmaq üzrədir. Bir aydan artıq davam edən sərginin fəaliyyəti iyulun 1-də artıq sona çatır. Sərgini ziyarət etmək istəyənlərin nəzərinə çatdırlır ki, son fürsəti dəyərləndirsinlər. Sərgidə Qazaxıstanın 140-a yaxın qədim və orta əsr zərgərlik və xalça məmulatları nümayiş olunur. Eksponatlardan dünyaca məşhur olan Qazaxıstan Respublikasının simvollarından biri "Qızıl adam" adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş "Qızıl adam" bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı farqmentləri aşkar olunub. 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar edib ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib.