XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 İyun, 2018
Muzeydə Elmi Şuranın növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. İclas muzeyin 2018-ci ilin yarımillik hüsabatına həsr olunmuşdur. İllik plana əsasən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində 4 problem üzrə 5 mövzunu əhatə edən 19 iş üzərində çalışmışlar. 2018-ci ilin birinci yarısında planda nəzərdə tutulmuş 4 işin və 1 işin I mərhələsinin icrası başa çatmışdır. İclasda bildirilib ki, bu il cənab Prezidentin Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncamı əsasında muzeydə maarifləndirici silsilə tədbirlər həyata keçirilib. Ən böyük tədbir muzeydə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışı olmuşdur. Prezidentin Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan sərəncamı əsasında da tədbirlər - maarifləndirici elmi seminarlar, açıq dərslər və s. keçirilib. Azərbaycanın xüsusi əlamətdar günlərində də muzey elmi-kütləvi tədbirlər təşkil etmişdir. İclasda həmçinin 2020-ci ildə baş tutacaq muzeyin 100 illik yubileyinə hazırlıq işləri - muzeyin ekspozisiyasının təkmilləşdirilməsi, muzeyin nəşrlərinin (kataloq, kitab-albom, bukletlər) çap olunması və başqa elmi-təşkilati məsələlər müzakirə olunub təkliflər söylənilib. Bu ilin birinci yarısında muzeyə 400-ə yaxın yeni materialın daxil olması və muzeyi 1300 nəfər yerli, o cümlədən əcnəbi vətəndaşların ziyarət etdiyi bildirilib. Hal - hazırda muzeydə 3 sərgi fəlaiyyət göstərir. Muzeydə son vaxtlar beynəlxalq əlaqələr genişlənib. Cari ilin əvvəlində xarici dövlətlər - Qazaxıstan, Rumıniya muzeyləri ilə müqavilələr bağlanıb, memorandum imzalanıb. Muzeyin ikinci yarımilliyində planda nəzərdə tutulan işlər müzakirə olunub. Sonda Muzeyin direktoru, akademik Nailə Vəlixanlı nəzərdə tutulan işlərlə bağlı öz tövsiyyələrini bildirib və tapşırıqlarını verib.